BAKI, 14 may. TELEQRAF
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin ali rəhbərliyi ilə silsilə görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Kambocadakı səfirliyi məlumat yayıb.
Səfər zamanı Elçin Əmirbəyov Kamboca Senatının sədri Hun Sen, Baş nazir Hun Manet, Milli Assambleyanın sədri Khuon Sudari, Baş nazirin müavini və xarici işlər naziri Prak Soxon, eləcə də digər rəsmi şəxslərlə bir araya gəlib.
Keçirilən görüşlərdə iki ölkə arasındakı ikitərəfli münasibətlərin cari vəziyyəti, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.