Vaşinqton başqa bir ölkə Ukrayna münaqişəsinin həllinə kömək etməyə çalışarsa, etiraz etməyəcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə deyib:
"Düşünürəm ki, dünyada bunu edə bilən yeganə ölkə bizik. Amma başqası cəhd etmək istəsə, etiraz etməyəcəyik".
Rubio həmçinin iddia edib ki, "münaqişənin hər iki tərəfi Vaşinqtona yalnız ABŞ-ın həlli asanlaşdıra biləcəyini bildirib": "ABŞ prezidenti müharibəni bitirmək istəyir. Əgər o, bir şey edə bilirsə, biz də bir şəkildə ona son qoymağa kömək edə biliriksə, edəcəyik".
Musavat.com