Vaşinqton, 14 may, AZƏRTAC
Amerika xalqının hantavirusdan qorxmasına ehtiyac yoxdur.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-nin daxili təhlükəsizlik katibi Markveyn Mallin CBS-ə müsahibəsində deyib.
O bildirib ki, bu, növbəti COVID-ə çevrilməyəcək. “Biz onu ciddiyə alırıq. Ümumiyyətlə, bu kimi məsələləri ciddiyə almalıyıq. Amerika xalqının Tramp liderliyi dövründə bunun pandemiyaya çevrilməsindən narahat olmasına ehtiyac yoxdur”, - deyə təhlükəsizlik katibi əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton