Sənədin qəbul olunması üçün tələb olunan səs sayı toplanmayıb...
Poliqon xəbər verir ki, ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul etməyib.
Məlumata görə, sənədin lehinə 49 senator səs verib. Lakin qətnamənin qəbul olunması üçün minimum 51 səs tələb edildiyindən təşəbbüs rədd olunub.
Bildirilir ki, Senat indiyədək İrana qarşı hərbi fəaliyyətlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı təqdim olunan oxşar qətnamələri artıq yeddinci dəfədir qəbul etmir.
Analitiklərin fikrincə, bu nəticə Vaşinqtonda İran siyasəti ətrafında siyasi parçalanmanın davam etdiyini və ABŞ Konqresində hərbi strategiya məsələsində konsensusun formalaşmadığını göstərir.
Müşahidəçilər qeyd edirlər ki, Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda ABŞ administrasiyası və Konqres arasında İranla bağlı müzakirələrin daha da intensivləşməsi gözlənilir.
Poliqon.info