AZ

AFFA prezidenti “Sabah”ı təbrik edib

AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu Azərbaycan Kubokunu qazanması münasibətilə təbrik edib.
Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“Hörmətli “Sabah” klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçular!
Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək səviyyəli çıxış futbolsevərlərə unudulmaz anlar yaşatdı.
Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.
İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız.
Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!”.
Seçilən
2
16
affa.az

10Mənbələr