AZ

ABŞ Senatı Kevin Uorşu FED in sədri vəzifəsinə təsdiqləyib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 14 may, AZƏRTAC

ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə təsdiqləyib. Kevin Uorş bununla bağlı səsvermədə Senatda 54 senatorun dəstəyini qazanıb, 45 senator isə əleyhinə səs verib.

AZƏRTAC xəbər verir ki, Uorş hazırkı FED rəhbəri Cerom Pouelin səlahiyyət müddəti bu həftənin sonunda başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, keçmiş yüksək vəzifəli FED rəsmisi olan 56 yaşlı Uorşun namizədliyi Prezident Tramp tərəfindən irəli sürülüb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
7
azertag.az

8Mənbələr