AZ

Dollardan imtina edirlər -

Rusiyanın maliyyə naziri Anton Siluanov dünya iqtisadiyyatında böyük əks-səda doğuracaq açıqlama ilə çıxış edib.Metbuat.az xəbər verir ki, o, Hörmüz boğazındakı gərginlik səbəbindən neft ticarətində ənənəvi dollar ödənişlərinin Çin yuanına keçdiyini elan edib. Nazir qeyd edib ki, son illərdə baş verən geosiyasi hadisələr ölkələri daha etibarlı ödəniş vasitələri axtarmağa sövq edir. Siluanovun sözlərinə görə, neft ticarətində yuanı ilk növbədə Çinli alıcılar istifadə etsə də, artıq digər ölkələr də bu valyutaya böyük maraq göstərir. O, xüsusilə siyasi təzyiqlərlə üzləşən dövlətlərin milli valyutaları daha təhlükəsiz və stabil seçim kimi gördüyünü bildirib. Maliyyə naziri həmçinin Hörmüz boğazının qapadılmasının qlobal enerji bazarına təsirlərindən danışıb.

O bildirib ki, boğazdakı vəziyyət səbəbindən dünya neft tədarükünün beşdə biri və maye qazın (LNG) mühüm hissəsi bazardan çəkilib. Bu durum nəinki enerji, həm də gübrə və qida qiymətlərinin bahalaşmasına səbəb olub ki, bundan da ən çox Asiya, Avropa və Afrika ölkələri mənfi təsirlənir. Qeyd edək ki, hazırda Brent markalı neftin bir bareli dünya bazarlarında 106,51 dollardan ticarət edilir.

Seçilən
63
metbuat.az

1Mənbələr