AZ

Futbolda yeni qayda -

FIFA 2026-cı il dünya çempionatında dəyişiklik etməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, yeni qaydaya əsasən, komandalar meydana birlikdə çıxmayacaq. Bunun əvəzinə, NBA-də olduğu kimi, hər bir futbolçu tuneldən çıxarkən fərdi şəkildə təqdim olunacaq.

Klublararası dünya çempionatında artıq sınaqdan keçirilən bu yanaşmanın məqsədi ulduz futbolçuların fərdi imicini daha da ön plana çıxarmaqdır. Xatırladaq ki, mundial 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq.

Seçilən
17
metbuat.az

1Mənbələr