AZ

"Sabah" komandası mükafatlandırılıb

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Əvvəlcə ölkə kubokunun finalçısı "Zirə"yə gümüş medallar verilib. Sonra qalib "Sabah"ın üzvlərinə medal və kubok təqdim olunub.

Qeyd edək ki, matç "Sabah" klubunun "Zirə" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
77
3
moderator.az

4Mənbələr