AZ

Güləşçimiz U-17 Avropa çempionatında qızıl medal qazandı


Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 
Bildirilib ki, 45 kq çəki dərəcəsində yarışan idmançımızı üçüncü yarış günündə finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Ə.Cavadlı Avropa çempionu olub.
Seçilən
13
14
yeniavaz.com

10Mənbələr