AZ

Yeni ordunu görüb, fəxr etməyiniz üçün... Paşinyan

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mayın 28-də İrəvanın Respublika meydanında keçiriləcək paraddan sonra insanların yeni ordunu görüb onunla fəxr edə bilməsi üçün hərbi texnika bütün gün Tiqran Mets prospektində düzüləcək.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hazırda tətildə olan Baş naziri, hakim Mülki Müqavilə Partiyasının parlament namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan deyib.

O əlavə edib ki, bu gün Ermənistanın keyfiyyətli yeni silahlara və yeni məntiqə malik ordusu var.

Paşinyan vətəndaşları 28 mayda Respublika meydanına gəlməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb.

Hakim partiyanın lideri hakimiyyətin ən böyük nailiyyətinin sülhün bərqərar olması olduğunu bir daha təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
axar.az

1Mənbələr