AZ

"Beşiktaş"dan yarımmüdafiəyə Premyer Liqa səviyyəli namizəd

Yeni mövsüm üçün heyətini gücləndirməyi hədəfləyən "Beşiktaş" rəhbərliyi İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən İbrahim Sanqare üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "Takvim" nəşrinin yaydığı məlumata görə, "qara qartallar" 28 yaşlı yarımmüdafiəçinin transferi üçün ilkin cəhdlərə başlayıb.

Güclü fiziki hazırlığı və mərkəzdəki kəsərli oyunu ilə tanınan Sanqare ötən yay PSV-dən Premyer Liqaya rekord məbləğə transfer olunmuşdu.

Cari mövsümdə "Nottingem Forest" heyətində kifayət qədər oyun praktikası qazanan təcrübəli futbolçunun İstanbul komandasına mümkün gəlişi orta xəttin müdafiə gücünü artırmaq baxımından mühüm addım hesab olunur.

Seçilən
3
fanat.az

1Mənbələr