AZ

Fransada işsizlik 5 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada işsizlik son beş ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Fransa iqtisadiyyatı bir tərəfdən büdcə böhranı ilə mübarizə apararkən, digər tərəfdən əmək bazarında ciddi pisləşmə ilə üzləşib.

Statistika qurumu “Insee”nin məlumatına görə, 2025-ci ilin sonunda 7,9 faiz olan işsizlik səviyyəsi 2026-cı ilin ilk rübündə 8,1 faizə yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar göstəricinin 7,8 faizə enəcəyini gözləyirdilər.

İşsizliyin artımının yalnız bir sektor və ya yaş qrupu ilə məhdudlaşmaması iqtisadi zəifliyin ümumi xarakter aldığını göstərib.

Gənclərdən tutmuş təcrübəli işçilərə qədər bütün yaş qruplarında işsizlik səviyyəsi artıb.

Bazar gözləntilərinin əksinə olaraq qeydə alınan bu 0,3 faizlik fərq iqtisadi artım tempinin gözləniləndən daha sürətlə zəiflədiyini göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
68
1
banco.az

2Mənbələr