AZ

Əraqçi HindistanaGETDİ

İranın xarici işlər naziri Abbas Əraqçi BRICS ölkələrinin XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistan XİN-in rəsmi nümayəndəsi Randhir Caysval "X" sosial şəbəkəsində məlumat verib.

"BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Yeni Dehliyə gələn İranın xarici işlər naziri Abbas Araqçini səmimiyyətlə salamlayırıq", - deyə o yazıb.

Bir neçə saat əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Yeni Dehliyə gəlib. Axşam saatlarında o, hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə danışıqlar aparıb.

Xədicə BAXIŞLI

Seçilən
57
1
redaktor.az

2Mənbələr