Bakı, 13 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda “Sabah” və “Zirə” komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Palms Sports Arena”da gerçəkləşən həlledici görüşün ilk yarısından sonra "Zirə" 1:0 hesabı ilə qalib gəlir.
Qolu 4-cü dəqiqədə Eren Aydın vurub.
Matçı FIFA referisi Elçin Məsiyev idarə edir.
Müxbir - Aynur Əlixanlı