AZ

Konate klubunu dəyişə bilər

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Konate klubunu dəyişə bilər

“Liverpul”un əsas müdafiəçilərindən olan İbrahima Konate yayda klubunu dəyişə bilər. 

QOL.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, "Mançester Siti" fransalı futbolçunu transfer siyahısına daxil edib. Bildirilir ki, “şəhərlilər” Konatenin “Liverpul”la yeni müqavilə imzalamayacağı halda onu heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, 2021-ci ildə “Leyptsiq”dən 40 milyon avroya transfer olunan futbolçu bu mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb və 2 qol vurub.  Konatenin cari müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
qol.az

2Mənbələr