AZ

İngiltərədə hantavirus həyəcanı: 10 nəfər karantinə alınacaq

İngiltərə hantavirusun yayıldığı, Hollandiya bayrağı altında fəaliyyət göstərən “MV Hondius” gəmisi ilə əlaqəli olan 10 vətəndaşının profilaktik karantin çərçivəsində ölkəyə gətiriləcəyini açıqlayıb.

Ölkə.az xəbər verir ki, "UK Health Security Agency" tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İngiltərənin dənizaşırı əraziləri olan Sent Helena və Asension adalarından gətiriləcək 10 nəfər ya gəmidəki sərnişinlərlə, ya da təsdiqlənmiş yoluxma halları ilə təmasda olmuş tibb işçiləridir.

Açıqlamada qeyd olunub ki, həmin şəxslər hazırda izolyasiyadadır və onlarda heç bir simptom müşahidə edilmir. Onların İngiltərəyə gətirilməsinin məqsədi isə "National Health Service" çərçivəsində yüksək riskli yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış tibbi xidmətlərə çıxışlarını təmin etməkdir.

Məlumata görə, bu qrupda 20 Britaniya vətəndaşı, İngiltərədə yaşayan bir Almaniya vətəndaşı və bir yapon sərnişin var. Xəstəxanadan buraxılacaq şəxslərdən 45 günə qədər ev şəraitində izolyasiyada qalmaq tələb olunacaq.

Həmidə İbrahimova

Seçilən
86
2
olke.az

3Mənbələr