AZ

Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü keçirilib

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Tərəflər, həmçinin strateji kommunikasiyalar sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Xatın" memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV", eləcə də bir sıra mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olub.

Seçilən
22
16
Ajans.az

10Mənbələr