AZ

"Moody’s" SGC-nin kredit reytinqini “Baa3” səviyyəsində təsdiqləyib 

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" “Cənub Qaz Dəhlizi” QSC-yə (SGC) milli və xarici valyutada emitent üzrə uzunmüddətli kredit reytinqini “Baa3”, baza kredit qabiliyyəti qiymətləndirməsini (BCA) isə “baa3” səviyyəsində verib. Reytinq üzrə proqnoz “müsbət” qiymətləndirilib.

Agentliyin açıqlamasına görə, SGC-nin reytinqləri Azərbaycanın suveren reytinqi ilə uyğunlaşdırılıb və şirkətin strateji əhəmiyyətini, dövlət maraqlarını əks etdirir. Hazırda SGC-nin səhmlərinin 49 faizi birbaşa dövlətə, 51 faizi isə SOCAR-a məxsusdur. 2026-cı ilin sonuna qədər azlıq payının XRG-yə satılması planlaşdırılsa da, dövlətin şirkətin siyasətinə nəzarəti davam edəcək.

“Moody’s” SGC-ni hökumətlə əlaqəli emitent hesab edir, şirkətin müstəqil kredit qabiliyyətini “baa3” səviyyəsində qiymətləndirir və maliyyə çətinliyi zamanı dövlət dəstəyinin yüksək ehtimalını vurğulayır. Agentlik həmçinin SGC-nin güclü biznes profili, qaz dəyər zəncirində geniş inteqrasiya olunmuş əməliyyatları və strateji boru kəmərlərində iştirakını reytinqin əsas dəstəkləyici faktorları kimi qeyd edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr