AZ

Məndən məhkəməyə şikayət etmişdi ki, bu şəxs ChatGPT dən istifadə edir

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Hüquq sahəsində süni intellekt texnologiyalarının sürətlə yayılması “gələcəkdə vəkillərə ehtiyac qalacaqmı?” sualını gündəmə gətirib. Artıq müqavilə hazırlayan, hüquqi analiz aparan və məhkəmə presedentlərini saniyələr içində tapan sistemlər mövcuddur. Bu isə bəzi insanların süni intellektin vəkilləri tamamilə əvəz edəcəyini düşünməsinə səbəb olur. Bəs hüquq yalnız qanun bilməkdən ibarətdirmi, yoxsa insan faktoru bu peşədə hələ də əsas rol oynayır?Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, süni intellektlə bağlı yaxın vaxtlarda iki fərqli hadisə ilə qarşılaşıb:"Qarşı tərəf məndən məhkəməyə şikayət edərək bildirib ki, bu vəkil ChatGPT-dən istifadə edir. Hətta hakimdən xahiş edib ki, ChatGPT-nin mənə istifadəsini qadağan etsin. Hakim isə bildirib ki, onun belə bir səlahiyyəti yoxdur və burada qanunsuz heç nə yoxdur. Başqa bir şəxs isə mənim onun statusuna süni intellektlə redaktə edilmiş rəy yazdığıma görə istehza ilə məni tənqid edib. Maraqlıdır ki, bu cür geridə qalmış düşüncəyə sahib olan hər iki şəxs hüquqşünasdır.Bu gün artıq reallıq budur ki, ChatGPT, Harvey AI, Anthropic Claude AI kimi sistemlər müqavilə hazırlamaq, qanunları analiz etmək və presedent tapmaq kimi işləri çox sürətlə yerinə yetirə bilir. Bu da vəkilin işinin texniki hissəsini xeyli asanlaşdırır",Vəkil bildirib ki, vəkil sadəcə qanunu bilən şəxs deyil:"Məhkəmədə qərarlar yalnız qanuna əsasən verilmir. Hakimin psixologiyası, tərəflərin davranışı və vəziyyətin incə məqamları da burada mühüm rol oynayır. Vəkil müştərisi qarşısında hüquqi məsuliyyət daşıyır. Süni intellekt isə hüquq subyekti deyil və məsuliyyət daşıya bilməz.Süni intellekt vəziyyəti hiss edib ona uyğun strategiya qura bilmir, amma vəkil bunu edə bilir. Məhkəmədə çıxış etmək, qarşı tərəflə danışıq aparmaq və emosional təsir yaratmaq insan bacarığıdır. Süni intellekt mətn yaza və analiz edə bilər, amma insanı inandırmaq tamam başqa məsələdir.Üstəlik, məhkəmədə hər iş kitabdakı kimi olmur. Bəzən yaradıcı yanaşma tələb olunur. Demək olar ki, süni intellekt sadə hüquqi işlərdə faydalı ola bilər, amma mürəkkəb və mücərrəd işlərdə vəkil mütləq lazımdır. Nəticə olaraq, vəkillər yox olmayacaq. Sadəcə süni intellektdən istifadə edən vəkillər daha güclü və daha çevik olacaq. Unutmaq olmaz ki, süni intellekt insanın əvəzedicisi deyil, onun işini asanlaşdıran texniki vasitədir",- deyə o qeyd edib.Vəkilin fikrincə, süni intellekt mətn yaza və analiz edə bilsə də, insanı inandırmaq, emosional təsir yaratmaq və yaradıcı strategiya qurmaq insan bacarığıdır. Mürəkkəb hüquqi proseslərdə vəkilin müdaxiləsi mütləqdir. Gələcəkdə vəkillər yox olmayacaq, sadəcə bu texnologiyalardan peşəkar səviyyədə yararlanan hüquqşünaslar daha rəqabətqabiliyyətli olacaqlar.Yəni, süni intellekt vəkilləri işsiz qoymayacaq, əksinə, onların sənədlərlə bağlı ağır işini yüngülləşdirərək daha vacib məsələlərə vaxt ayırmalarına kömək edəcək.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
demokrat.az

1Mənbələr