AZ

Bakıda "Şəhərlərdən qlobal ticarətə: İxrac və logistika forumu" keçirilib

Bu gün Bakıda Şəhərsalma Həftəsi çərçivəsində təşkil olunan "Şəhərlərdən qlobal ticarətə: İxrac və logistika forumu" keçirilib.

"Far.Az" bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, forumda Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin nümayəndəsi Runze Vanq çıxış ediblər.

D. Dövlətxanov çıxışında Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi barədə qərarın Azərbaycanın dayanıqlı və insanyönümlü şəhərsalma siyasətinə verilən beynəlxalq qiymətin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, Forum ölkənin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində təşkil olunan panel sessiyada şəhərlərin dayanıqlı planlaşdırılması, nəqliyyat və logistika infrastrukturunun inteqrasiyası, eləcə də Azərbaycanın şəhərlərinin regional iqtisadi və tranzit mərkəzləri kimi inkişaf perspektivləri müzakirə olunub.

Seçilən
32
far.az

1Mənbələr