AZ

İsveçrədə dəhşətli qətl: Ölkə gözəlini blenderdə doğrayan iş adamına hökm oxundu - FOTO

İsveçrə məhkəməsi 43 yaşlı Mark Ribeni - "Miss İsveçrə" müsabiqəsinin finalçısı olan arvadını blenderdə doğrayaraq vəhşicəsinə qətlə yetirən kişini ömürlük həbs cəzasına məhkum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.

Məlumata görə, kişi hökm oxunarkən bir az səndələyib. 38 yaşlı Kristina Yoksimoviçin qalıqlarını tapan atası məhkəmə zalında arvadı ilə birlikdə hönkür-hönkür ağlayıb.

Hökmə görə, qatil övladlarına təxminən 100 000 frank, eləcə də zərərçəkmişin valideynlərinə və bacısına təzminat ödəməlidir.

Prokurorlar sübut ediblər ki, iş adamı boşanma tələb etdikdən sonra arvadını qisas məqsədilə soyuqqanlılıqla boğub. Daha sonra o, cəsədi camaşırxananın zirzəmisində kəsici alət, ağardıcı və blenderdən istifadə edərək parçalayıb, daha sonra uşaqları sakit şəkildə restoranda şam yeməyinə aparıb.

Məhkəmə tibbi ekspertləri Ribenin özünümüdafiə versiyasını təkzib edərək, qadının ona bıçaqla hücum etmədiyini bildiriblər. Ekspert təyin olunmuş professor qatildə narsisizm xüsusiyyətləri aşkar etdiyini, 33 illik iş təcrübəsi ərzində belə bir şey görmədiyini deyib və residiv riskinin yüksək olması barədə xəbərdarlıq edib.

Seçilən
4
2
musavat.com

3Mənbələr