GƏNCƏ, 13 may. TELEQRAF
Gəncədə yaşayış evində yanğın olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və canlı qüvvə cəlb edilib.
Görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma başkanılıb.