Ermənistanın baş naziri Nikol Paşinyanı artıq Moskvaya dəvət etmək yetər və buna son qoymaq lazımdır.
Ölkə.az xəbər verir ki, belə bir çağırışla Rusiya Dövlət Dumasının iclasında Kommunist Partiyasının lideri Gennadi Züqanov çıxış edib.
"İrəvandan Qırmızı Meydanı atəşə tutmaqla hədələyən səslərin gəlməsindən başqa hər şeyi təsəvvür edə bilirdim", - deyən Züqanov Vladimir Zelenskinin adını çəkmədən, açıq şəkildə İrəvandakı çıxışına işarə edərək bildirib.
Qeyd edək ki, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinin açılışında Ukrayna prezidenti rusların "Qırmızı Meydan üzərində dronların vızıldayacağından qorxduqlarını" bildirib.
“Sual yaranır: Yerevanda buna niyə icazə verirlər və Paşinyanı Moskvada niyə qarşılayırlar? Mən təkid edəcəyəm ki, bu şəxs, necə səs verilməsindən asılı olmayaraq, bir daha paytaxtımızda görünməyəcək”, - Züqanov qeyd edib.
Züqanovun sözlərinə görə, Ermənistanın baş naziri Rusiyaya qarşı alçaldıcı və təhqiramiz hərəkətlər edib ki, bu da "böyük bayram ərəfəsində təsəvvür etmək çətindir"dən daha böyük təhqirdir.
Mürtəza