“Barselona” və Robert Levandovski arasında yeni müqavilə ilə bağlı danışıqlar dayanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb və polşalı hücumçunun yayda komandadan ayrılması artıq real görünür.
Bildirilib ki, “Barselona”dan yeni təklif gəlməyəcəyi halda, Levandovski klubu azad agent kimi tərk edəcək. Futbolçu ilə Səudiyyə Ərəbistanı Pro Liqası və MLS klubları yaxından maraqlanır.
37 yaşlı Robert Lewandowski 2022-ci ildən “Barselona” formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.