AZ

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

Tacikistanın paytaxtı Düşənbədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası təşkil olunub. Tədbirin məqsədi ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı, təbii resurslardan səmərəli istifadə və kənd ərazilərinin inkişafı sahəsində çağırışları müzakirə etməkdir.

Konfransda FAO-nun baş direktoru Qu Donqyu, müxtəlif ölkələrin nazirləri, nazir müavinləri, səfirlər və beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov təmsil edib. Elçin Zeynalov ölkəmizdə aparılan aqrar islahatlar, innovativ layihələr və iqlimə uyğun kənd təsərrüfatının tətbiqi barədə məlumat verib. O, səmərəli təchizat zəncirlərinin qurulması, innovasiyanın təşviqi və kənd yerlərinin inkişafının dayanıqlı və inklüziv aqrar siyasətin əsas tərkib hissəsi olduğunu vurğulayıb.

Tədbir çərçivəsində gənclərin iştirakı ilə aqro-ərzaq sistemlərinin davamlı inkişafı, investisiya dialoqu, qadınların rolunun artırılması və bioiqtisadiyyat mövzularında panel müzakirələr keçirilib. İştirakçılar həmçinin Tacikistanın aqrar sektorda əldə etdiyi nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar.

FAO-nun Regional Konfransının 35-ci sessiyası mayın 15-də başa çatacaq.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
22
3
azerbaijan-news.az

4Mənbələr