AZ

Nazirdən imtahanlarla bağlı ƏMR

Nazirdən

Raxshanda

Müəllif

Raxshanda

Elm və təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Bu barədə Ulusum.az-a Nazirlikdən məlumat verilib.Əyani təhsilalma forması üzrə imtahan sessiyası 1 iyun tarixindən başlayaraq 5 həftə davam edəcək. Qiyabi təhsilalma forması üzrə imtahanların vaxtı isə təhsil müəssisələri tərəfindən müəyyən ediləcək və 1 həftə müddətində keçiriləcək. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan qərargahları yaratmalı və daxil olan şikayətləri operativ araşdırmalıdırlar. Sessiya zamanı neqativ hallara yol verən şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi də tapşırılıb. Həmçinin, imtahan sessiyasının nəticələri barədə yekun hesabat sessiya başa çatdıqdan sonra 10 gün ərzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilməlidir.

Diqqət Çəkənlər

Bu tarixdən Dərnəgüldən bölgələrə getmək mümkün olacaq

Azərbaycan neftinin qiyməti bahalaşdı

Tailandda itkin düşmüş rus jurnalist sağ tapılıb

Seçilən
8
1
ulusum.az

10Mənbələr