AZ

Ağır vəziyyətdə olan şairin hospitala olan borcu ödənildi

Ağır vəziyyətdə "Məlhəm" Beynəlxalq Hospitalında müalicə alan şair, nasir Yusif Həsənbəylə bağlı qərar verilib. 

Belə ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın tapşırığı ilə dünən axşam saatlarından, yəni quruma müraciət olunandan sonra sədrin baş müşaviri Rauf Aslanov həm səhiyyə naziri Teymur Musayevə, həm TƏBİB-in icraçı direktoru cənab Anar Bayramova müraciət edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə AYB-dən bildirilib. 

 Qərara alınıb ki, Yusif Həsənbəylə Bakı Sağlamlıq Mərkəzində dövlət hesabına müalicəsini davam edəcək. 

“"Məlhəm" Hospitalına dostların köməyi ilə toplanmış vəsaitlə son 2-3 günlük müalicə xərci (1323 AZN) və Bakı Sağlamlıq Mərkəzinə köçürülmə xərci (126 AZN) ödənilib”,-deyə bildirilib.

Xatırladaq ki, şairin müalicəsi üçün “Məlhəm” hospitalına olan 2 min  manata yaxın borcun ödənilməsi üçün  ictimaiyyətdən kömək istənilmişdi.

Seçilən
50
cebheinfo.az

1Mənbələr