AZ

Hantavirus infeksiyası belə yaranır Həkim DANIŞDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlərin beynəlxalq səhiyyə gündəmində diqqət çəkən mövzulardan biri də hantavirus infeksiyasıdır.

Bəs hantavirus nədir, ilkin alamətləri hansılardır?

Pulmonoloq Əsəd Beydullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, hantavirus daha çox gəmiricilərin ifrazat məhsullarının torpağa düşməsi və quruyaraq tozla birlikdə havaya qalxdığı zaman, həmin havanı nəfəs alan insanlarda meydana çıxa bilər.

Müsahibimiz xəstəliyin əlamətlərini də sadaladı:

"Yüksək bədən hərarəti, oynaq ağrıları, qripəbənzər vəziyyət, burun tutulması, öskürək, halsızlıq və iştahsızlıq xəstəliyin əlamətləridir. Xəstəliyin ən çox zədələdiyi orqanlar ağciyərlər və böyrəklərdir. Bu orqanlar zəif olduqları üçün xəstəlik qısa zamanda ağır nəticələrə gətirib çıxara bilər.

Xəstəlik müalicəsiz, nəzarətsiz və həkim kontrolu olmadan davam edərsə, zamanla nəfəs darlığına və hətta ölümə səbəb ola bilər. Xəstəliyin spesifik müalicəsi yoxdur. Ağırlaşmış xəstələr reanimasiya şöbəsinə yerləşdirilir və onlara dəstəkləyici müalicə tətbiq olunur.

Qorunmaq üçün gəmiricilərin olduğu qapalı məkanlarda insanların qalmaması tövsiyə edilir. Havalandırma və gəmiricilərlə mübarizə xəstəliyin qarşısını almaqda mühüm rol oynayır. Virusun insandan insana keçmə faktı isə çox nadir hallarda müşahidə olunur.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
redaktor.az

2Mənbələr