AZ

Noyer “Bavariya” ilə yeni müqavilə imzalayır


“Bavariya”nın qapıçısı Manuel Noyer klubla yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə səhifəsində məlumat yayıb.
Bununla da, 40 yaşlı əfsanəvi futbolçunun müqaviləsini 2027-ci ilə qədər uzatması gözlənilir.
Plettenberqin sözlərinə görə, tərəflər arasında tam razılıq əldə edilib.
Digər tərəfdən, təcrübəli qapıçının maaşının azaldıldığı bildirilir. Hazırda onun maaşı vergilər çıxılmamışdan əvvəl ildə 20 milyon avro qiymətləndirilir.
Müqavilənin imzalanma mərasiminin şənbə günü “Köln”lə mövsümün son ev oyunundan əvvəl baş tutması gözlənilir.
Seçilən
79
yeniavaz.com

1Mənbələr