AZ

Azərbaycan və Özbəkistan pul siyasəti çərçivəsinin təkmilləşdirilməsini müzakirə edib

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi müzakirə edilib.

525.az-ın məlumatına görə, qurumun nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə pul siyasətinin strateji və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi, həmçinin pul siyasətinin kommunikasiyası üzrə təcrübə mübadiləsi aparılıb. Eyni zamanda yeni çağırışlara uyğun pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə olunub.

Görüşlərdə həmçinin analitik potensialın gücləndirilməsi üçün görüləcək işlər və gələcəkdə əməkdaşlığın davam etdirilməsi istiqamətləri üzrə təkliflər səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
525.az

2Mənbələr