AZ

Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib

“Aslanın nəriltisi” əməliyyatı zamanı İsrail Birləşmiş Ərəb Əmirliklərinə buraxılış qurğularını və idarəetmə mərkəzlərini idarə etmək üçün “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri və personalı göndərib.

Publika.az xəbər verir ki, “Vesty.co.il” saytının verdiyi məlumata görə, bu barədə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.

Bunula da, amerikalı diplomat İsrail və ABŞ-dakı mənbələrə istinadən “Axios”un xəbərini faktiki olaraq təsdiqləyib.

"İsrail ilə “İbrahim Sazişləri”ni imzalayan ilk ölkə olan BƏƏ haqqında bir neçə xoş söz demək istəyirəm. Bunun Əmirliklərə verdiyi üstünlüklərə baxın. İsrail onları hava hücumundan müdafiə batareyaları və mütəxəssisləri ilə təmin edib", - deyə Hakabi Tel-Əviv Universitetində keçirilən konfransda bildirib.

Səfir həmçinin ABŞ prezidenti Donald Trampın İsrailə yeni səfərinin mümkünlüyündən də danışıb.

Seçilən
19
publika.az

1Mənbələr