AZ

“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah olunub. Saleh Səmədovun vəkili müdafiə etdiyi şəxsin yaşını və səhhətindəki problemləri nəzərə alaraq, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti bu mərhələdə əsaslı hesab etməyərək təmin etməyib.

Saleh Səmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Həmin maddələrin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May – faşizm üzərində qələbə günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı altında çıxış etməsi və sinəsində “Georgi lenti” daşıması ilə geniş ictimai narazılıq yaratmışdı. Bundan sonra o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilmişdi.Daha sonra isə onun fəaliyyəti ilə bağlı korrupsiya xarakterli cinayətlərin üzə çıxdığı bildirilmiş, hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi başlanmışdı.
Məhkəmə baxışı mayın 20-nə, 11:30-a təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr