Özəl xəstəxanalarda müalicə almaq son illərdə müqayisədə indi daha baha başa gəlir. Özəl tibb müəssələrində palata qiymətlərinin artması bir çox ailənin büdcəsinə ciddi təsir edir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, bəzən bir neçə gün xəstəxanada yatmaq aylıq gəliri üstələyir.
Özəl xəstəxanalarda qiymətlər nəyə əsasən təyin edilir?
Məsələ ilə bağlı tibb mövzuları ilə bağlı ekspert Fərid Müseybovun sözlərinə görə, qiymət artımı dünya iqtisadiyyatı ilə bağlı olan məsələdir, həmçinin, qiymət fərqi xəstəliyin dərəcəsinə görə də dəyişir:
“Qiymət xəstəliyin dərəcəsindən, xəstənin orada qalma müddətindən asılıdır. Minumum qiymət olaraq özəl klinikada bir yatış 300-400 manatdır. Bəzən vətəndaşlar xəstəxanada yatmasalar da depozit qiymətlərinin yüksək olmasından da şikayət edirlər. Özəl klinikalarda depozit 5000-15000 manat arası dəyişir”.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, özəl klinikalarda qiymətlər müəssə ilə pasiyent arasında razılaşma yolu ilə müəyyən edilir.