İraq milli komandasının bir neçə oyunçusu hələ də DÇ-2026-da iştirak etmək üçün ABŞ vizası almayıb.
Publika.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının üzvü Qalib əl-Zameli "Shafaq News" agentliyinə bildirib.
İbrahim Bayes, Mohanad Ali, Zaid Tahseen, Haider Abdulkərim və Ali əl-Həmadiyə ABŞ vizaları verilməyib. İmtina və ya gecikmənin səbəbləri hələ də məlum deyil.
İraq Futbol Federasiyası məsələnin vacib futbolçularla əlaqəli olduğunu nəzərə alaraq, FİFA-ya müraciət edərək məsələni mümkün qədər tez həll etməyi xahiş edib.