AZ

PSJ və “Arsenal”ın hücumçu yarışı

Madrid “Atletiko”nun hücumçusu Xulian Alvaresə həm PSJ, həm də “Arsenal” maraq göstərir.

İdmanxeber.az-ın məlumatına görə, hər iki klub argentinalı forvardı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. PSJ transfer üçün 150 milyon avrodan çox ödəməyə hazırdır və bu keçid üçün Qonçalo Ramosun satışından gələcək vəsaitdən istifadə etməyi planlaşdırır. Paris klubu yaxın zamanda ilk rəsmi təklifi irəli sürəcək.

“Arsenal” isə PSJ-nin marağından sonra yarışa qoşulub və Alvaresi hücum xəttinin əsas hədəfi kimi görür.

Buna baxmayaraq, “Atletiko” futbolçunu satmaq istəmir. Alvaresin klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Bu mövsüm o, 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Seçilən
39
idmanxeber.az

1Mənbələr