AZ

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib.

Yeni standartlar dövlətlərarası, regional və beynəlxalq standartlara, eləcə də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən müəyyən edilən müvafiq qaydalara əsasən hazırlanıb.

Bu standartların tətbiqi kənd və meşə təsərrüfatı texnikalarının, eləcə də ehtiyat hissələrinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin müvafiq sahədə istehsal proseslərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Sözügedən dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
31
vergiler.az

1Mənbələr