Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
“İki sahil” xəbər verir ki, Layihənin növbəti qonağı tamblinq üzrə milli komandanın üzvü, Avropa və dünya çempionu Tofiq Əliyevdir. 17 ildir peşəkar idman fəaliyyəti ilə məşğul olan idmançının sözlərinə görə, qazandığı uğurlarla əlaqədar ona tez-tez istifadə etdiyi idman qidaları və bioloji aktiv qida məhsulları ilə bağlı suallar ünvanlanır.
Tofiq Əliyev vurğulayıb ki, həkim və ya mütəxəssis rəyi olmadan bu cür məhsullardan istifadə etmək risklidir. O bildirir ki, dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidaları, eləcə də bioloji aktiv qida məhsulları insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Dünya çempionu mənşəyi məlum olmayan və tərkibi yoxlanılmamış məhsulların qəbulunun müxtəlif sağlamlıq problemlərinə, hətta ağır fəsadlara səbəb ola biləcəyini diqqətə çatdırıb. Bu səbəbdən istehlakçılar məhsul seçərkən diqqətli olmalı, yalnız rəsmi qeydiyyatdan keçmiş və təhlükəsizliyi təsdiqlənmiş idman qidalarına üstünlük verməlidirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta