AZ

Bu qəpiklər 3700 manata satılır

Polşada gündəlik istifadə olunan bəzi 2 zlotılıq metal pullar kolleksiya bazarında rekord qiymətə alınıb-satılır. Mütəxəssislər bildirirlər ki, nadir istehsal qüsuru olan bəzi qəpiklərin qiyməti 3700 manatı keçə bilər.

Musavat.com xəbər verir ki, numizmatika üzrə ekspertlərin sözlərinə görə, pulların dəyərini artıran əsas səbəb istehsal səhvləridir. Xüsusilə metal hissənin sürüşməsi, ikiqat basım, simmetriya pozuntusu və ön-arxa tərəfin tam uyğun gəlməməsi kolleksiyaçılar üçün böyük əhəmiyyət daşıyır.

Bəzi xüsusi illərdə istehsal olunan məhdud seriyalar da yüksək qiymətlərlə satılır. Sosial media və onlayn hərrac platformalarında bu cür qüsurlu 2 zlotılıq sikkələrin 2 min ilə 8 min zlotı arasında qiymətləndirildiyi bildirilir. Bu isə təxminən 900 – 3700 Azərbaycan manatına bərabərdir.

Ekspertlər insanlara evdəki köhnə qəpikləri diqqətlə yoxlamağı tövsiyə edir. Telefonun makro kamerası ilə sikkənin üzərindəki fiqurlar, rəqəmlər və metal birləşmələri incələnə bilər. Əgər digər pullardan fərqli görünən detal varsa, onu xərcləmədən əvvəl mütəxəssisə göstərmək tövsiyə olunur.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr