AZ

“Barselona” ilə “Real” arasında növbəti gərginlik: Peresin sözləri aranı qatdı

Barselona” “Real”ın prezidenti Peresin açıqlamaları ilə bağlı rəsmi bəyanat yayıb.

Publika.az xəbər verir ki, klub hüquqşünasları tərəfindən Peresin səsləndirdiyi ittihamları araşdırır və təhlilin nəticəsindən asılı olaraq növbəti addımlar müəyyənləşdiriləcəyini bildirib. “Barsa”nın açıqlamasında deyilir:

“Real”ın prezidenti Florentino Peresin mətbuat konfransı ilə əlaqədar bildiririk ki, hüquq şöbəmiz onun səsləndirdiyi bəyanat və ittihamları diqqətlə öyrənir. Hazırda bu açıqlamalar təhlil olunur və atılacaq növbəti addımlar qiymətləndirilir. Zəruri hesab etdiyimiz anda mövqeyimiz və qəbul ediləcək qərarlarla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Florentino Peres mətbuat konfransında “Barselona”nı 20 il ərzində hakimlərlə münasibətlərdə sistemli korrupsiyada ittiham edib. O, Kataloniya klubunun Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus şirkətə etdiyi ödənişlərlə bağlı məşhur “Neqreyra işi”ni xatırladıb.

Seçilən
27
19
publika.az

10Mənbələr