AZ

Ceyhun Bayramovla Abbas Əraqçi regional vəziyyəti müzakirə etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, tərəflər danışıq zamanı son diplomatik təşəbbüsləri, regionda baş verən prosesləri və ikitərəfli münasibətləri müzakirə ediblər.

Məlumata görə, nazirlər regional təhlükəsizlik məsələləri, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığında Azərbaycan və İran arasında münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin də diqqət mərkəzində olduğu bildirilib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
35
redaktor.az

1Mənbələr