AZ

21 il sonra yenidən Çempionlar Liqasında

style='margin-bottom:10px;'>

İspaniyanın "Betis" klubu 2026/27 mövsümündə Çempionlar Liqasında iştirak edəcək.

QOL.az xəbər verir ki, Manuel Pelleqrininin komandası ötən gecə La Liqanın 36-cı turunda "Elçe"ni 2:1 hesabı ilə üstələyib. Nəticədə "Betis" ilk beşlikdə yerini təmin edib. UEFA qaydalarına əsasən İspaniya 2026/27 mövsümündə Çempionlar Liqasında 5 klubla təmsil olunacaq. Həmin komandalardan brinin "Betis" olacağı dəqiqləşib.

Sözügedən klub sonuncu dəfə Çempionlar Liqasında 2005-ci ildə oynayıb. Komanda "Liverpul", "Çelsi" və "Anderlext"lə bir qrupda yarışıb və 3-cü yeri tutub.

Seçilən
47
3
teleqraf.com

4Mənbələr