Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld 4 il yarımdan sonra diplomatik səlahiyyət müddətini başa vurdu.
Qeyd edək ki, Fergus Auld fəaliyyəti dönəmində Azərbaycanda insan hüquqları, media azadlığı kimi məsələlərə münasibətində xüsusi seçilən diplomat olaraq yadda qalıb.
O, bu barədə mediaya açıqlamalarında dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti ilə dialoqunda insan haqları mövzusunu müzakirə edib.
Bəs görəsən, Cənab səfirin ötən illərdə gəldiyi qənaət nədən ibarət olub? Azərbaycan hökuməti insan haqları məsələsində, ümumiyyətlə həbsdəki şəxslərin azadlığı məsələsində güzəştə gedəcəkmi?
Fergus Auldun Gununsesi.info-nun bu sualına verdiyi cavabı təqdim edirik:
“Birləşmiş Krallığın müşahidəsinə görə, Azərbaycanda və dünyada azad və müstəqil mətbautın inkişafı, sizin kimi jurnlistlərin işi hökumətin imkanlarının və demokratiyanın inkişafı üçün həyati əhəmiyyətə malikdir. Çıxışımda qeyd etdiyim kimi, bu sahədə verdiyiniz töhfələrə görə hamınıza minnətdarıq. Biz əlbbətə, keçən il burada qəbul edilmiş Amnistiya Aktını alqışlayırıq. Əlbəttə ki, Birləşmiş Krallıq hökuməti digər suveren dövlətlərin məhkəmə-hüquq prosesinə müdaxilə edə bilməz. Lakin biz səmimi şəkildə ümid edirik ki, 28 May Müstəqillik Günü ərəfəsində gözlənilən əfv sərəncamı jurnalistləri və digər fəalları da əhatə edəcək”.
Pərviz Həşimli
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.