AZ

"Real Madrid"in ilk hədəfi məlum oldu - Kral klubu Osimheni transfer etmək istəyir

"Real Madrid"in yeni baş məşqçisi olacağı iddia edilən Xose Mourinyo "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimheni transfer siyahısına daxil edib.

Missiya.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, Mourinyo "Real Madrid"in baş məşqçisi vəzifəsinə başlayacağı təqdirdə "Qalatasaray"ın ulduz oyunçusu Osimhenlə müqavilə imzalamaq istəyir.

"Qalatasaray" rəhbərliyinin Avropa nəhənglərinin böyük marağına baxmayaraq, Osimheni komandada saxlamaq istədiyi bildirilir, lakin bu transfer üçün təxminən 150 milyon avroluq astronomik təklif tələb olunacaq.

Qeyd edək ki, bu mövsüm 33 matçda meydana çıxan Osimhen 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
49
missiya.az

1Mənbələr