AZ

Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!

Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 34-cü turda "Botev"in qonağı olub.

Start heyətində meydana çıxan və sona qədər oynayan Cəlal komandasına qələbə qazandırıb. 2:1 hesabı ilə qalib gəldikləri səfər oyununda hər iki qolu Cəlal vurub. 23 yaşlı müdafiəçi 61 və 70-ci dəqiqələrdə fərqlənib.

Cəlal matçın ən yaxşı oyunçusu seçilib.

"Arda" 48 xalla 7-ci pillədədi.

Seçilən
58
2
football-plus.az

3Mənbələr