AZ

İranda casusluqda suçlanan Ehsan Əfrəşte barədə hökm icra edilib

Mossad ilə əməkdaşlıqda ittiham olunan Ehsan Əfrəşte İranda edam edilib.

News365.az xəbər verir ki, İran məhkəmə orqanlarının yaydığı məlumata əsasən, o, İsrail kəşfiyyatı ilə əlaqədə olmaq və məxfi məlumatların ötürülməsi ittihamı ilə saxlanılmışdı. Bildirilib ki, məhkəmə prosesi və hüquqi prosedurlar tamamlandıqdan, həmçinin hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldıqdan sonra edam hökmü bu gün səhər icra olunub.

Rəsmi açıqlamada qeyd edilir ki, Əfrəşte istintaq zamanı Mossad nümayəndələri ilə əlaqə saxladığını etiraf edib. Onun müxtəlif obyektlər barədə məlumat topladığı, bəzi ərazilərdə müşahidələr apardığı, foto və video materiallar hazırladığı iddia olunur.

Məlumata görə, o, həmçinin Pokhara şəhərində xarici kəşfiyyat əməkdaşları ilə görüşüb, burada əlavə təlim keçərək yeni tapşırıqlar aldığı irəli sürülüb.

News365.az 

Seçilən
27
news365.az

1Mənbələr