AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 0,11% artaraq 49 760,56 bəndə yüksəlib. S&P 500 indeksi 0,16% azalaraq 7 400,96 bəndə, Nasdaq Composite indeksi isə 0,71% geriləyərək 26 088,20 bəndə düşüb. NYSE Composite indeksi 0,19% artaraq 23 015,35 bənd, S&P/TSX Composite indeksi isə 0,44% yüksələrək 34 290,73 bənd olub.

Avropa fond bazarlarında əsasən mənfi dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 1,48% azalaraq 5 808,45 bəndə düşüb. FTSE 100 indeksi 0,04% geriləyərək 10 265,32 bəndə enib. DAX indeksi 1,62% azalaraq 23 954,93 bənd, CAC 40 indeksi 0,95% enərək 7 979,92 bənd təşkil edib. IBEX 35 indeksi isə 1,56% azalaraq 17 573,60 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionu fond bazarlarında isə əsas indekslər üzrə əsasən müsbət dinamika müşahidə olunub. Nikkei 225 indeksi 0,81% artaraq 63 250,51 bəndə yüksəlib. TOPIX indeksi 1,24% artaraq 3 920,82 bənd, Hang Seng indeksi 0,26% yüksələrək 26 416,98 bənd olub. CSI 300 indeksi demək olar dəyişməyərək 4 948,23 bənd təşkil edib. S&P/ASX 200 indeksi isə 0,55% azalaraq 8 623,20 bəndə enib.

Seçilən
30
9
apa.az

10Mənbələr