"Hacıağa Hacılı son matçda 90 dəqiqə meydanda olmuşdu və müəyyən problemləri nəzərə alaraq onu mövqelərə hazırlayırdıq. Lakin bu gün adi bir epizodda zədələndi. Düşünürəm ki, bu zədə İmişlidəki yorğunluqla bağlıdır. Yəqin ki, sabahkı matçda iştirak ərizəsində yer almayacaq. Hacıağa oyunlarda az iştirak etsə də, "Sabah"a, "Qarabağ"a qarşı matçlarda, avrokubokun vacib oyunlarında ona həmişə ehtiyac olub. Mənim üçün onun yoxluğu ciddi itkidir. Sabah əsas heyətdə başlamasa da, sonradan şans vermək baxımdan böyük itkidir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta