AZ

Serxio Ramos tezliklə arzusuna çatacaq

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Real"ın və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos "Sevilya"nı almağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Futbolçunun şirkəti olan "Five Eleven Capital" ötən qış "Sevilya"nın səhmdarları ilə klubu 450 milyon avroya (borclar da daxil olmaqla) almaq barədə razılığa gəlib. Bundan əlavə, Ramos ödəniş zəmanəti əldə edib və borcun ödənilməsi cədvəli barədə razılığa gəlib.

Klubu almaq üçün rəsmi niyyət məktubu 31 maya qədər qüvvədədir. Tərəflər bu tarixə çatmaq üçün son günlərdə prosesi sürətləndiriblər. Saziş hazırda İspaniya Milli İdman Şurası (CSD) tərəfindən nəzərdən keçirilir. CSD əməliyyatı təsdiqlədikdən sonra klubun satışı rəsmiləşdiriləcək.

"Sevilya"nın yetirməsi olan Ramos 10 yaşından bəri klubdadır. O, iki dövr (2003-05 və 2023-24) əsas komandanın formasını geyinib və Meksika təmsilçisi "Monterrey"dən ayrıldıqdan sonra klubsuzdur. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
sport24.az

1Mənbələr