AZ

Alimlərdən maraqlı araşdırma: dostluğun sirri tapıldı

İnsanların dost seçiminin düşündüyümüzdən daha dərin səbəbləri ola bilər.

Musavat.com xəbər verir ki, alimlər insanların daha çox özlərinə bənzər düşüncə və davranış xüsusiyyətlərinə malik şəxslərlə dostluq qurduğunu müəyyən ediblər.

Araşdırmaya görə, autizm spektrində olan insanların bir-biri ilə ünsiyyəti zamanı beyin fəaliyyəti daha güclü şəkildə sinxronlaşır. Mütəxəssislər bildirirlər ki, bu uyğunluq qarşılıqlı anlaşmanı və ünsiyyəti asanlaşdırır.

Tədqiqat müəllifləri bu hadisəni “ikili empatiya fenomeni” adlandırırlar. Onların fikrincə, insanlar öz dünyagörüşünə və emosional reaksiyalarına yaxın olan şəxslərlə daha rahat münasibət qururlar.

Araşdırma nəticələri göstərir ki, dostluq münasibətlərində yalnız xarakter deyil, beyinlərin informasiya emal üsulu da mühüm rol oynayır.

Musavat.com

Seçilən
69
20
musavat.com

10Mənbələr